Monitorinq keçirilib

6 mart 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən məktəbdə IX siniflər üzrə monitorinq keçirilmişdir.
Monitorinqin keçirilməsində məqsəd 9-cu sinif şagirdlərinin bilik və bacarıqlarının formalaşma səviyyəsini və buraxılış imtahanlarına yekun hazırlıq səviyyəsini müəyyən etmək olmuşdur.
Monitorinq məktəb rəhbərliyinin nəzarəti altında şəffaf şəkildə həyata keçirilmişdir. Təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilən monitorinq suallarının cavablandırılmasına 150 dəqiqə vaxt verilmişdir.