1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

       01 mart 2023-cü il tarixində məktəbin İllik Fəaliyyət Planına əsasən 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş praktik tədbir keçirilib.
       Tədbirdə hərbi rəhbər Aslanşah Mehdiyev, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə ümumi məlumat verib.
        Daha sonra hərbi rəhbər Mülki Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara qarşı hazırlıqlı olmağın yolları haqqında ətraflı söhbət edib.
        Tədbirin praktiki hissəsində yanğın zamanı onun qarşısının alınması, fövqəladə hallarda, zədələnmə zamanı ilk yardımın göstərilməsi qaydaları nümayiş olunub. Qaydaların nümayişində 10 b və 11 b sinif şagirdləri iştirak etmişlər.
       Xəbərdarlıq siqnalları və vasitələri”, “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları” haqqında, yanğınsöndürən və əleyhqazdan istifadə qaydaları kimi məlumatlar şagirdlər tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi