1 Mart-Ümumdünya Mülki Müdafiə günüdür

Siniflərdə "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" haqqında geniş məlumat verildi, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparıldı.
5 ç sinfində də bu cür maarifləndirici tədbir keçirilmişdir. Sinif rəhbəri Vüsalə Ağayeva şagirdləri baş verə biləcək hər bir qəza və hadisələr zamanı necə hərəkət etmələri barədə məlumatlandırmışdır.