Nümunəvi dərslər keçirilib

2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən Azərbaycan dili və Ədəbiyyat fənn aylığı çərçivəsində məktəbin dil-ədəbiyyat müəllimləri nümunəvi dərslər keçmişlər.Xocalı hadisələri ilə eyni vaxta düşən bu dərslər məhz bu mövzuya həsr olunmuşdur. 6 ç sinfində metodbirləşmə rəhbəri Tağıyeva Afət "Qanlı bənövşə", 7 b sinfində Məhərrəmova Fəridə "Səkkiz və tariximiz", 9 ç sinfində Qədimova Səadət "Bir şahidin beş şəhidi" mövzularında keçdikləri dərs zamanı əsas məqsədləri böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımının təfərrüatlarını anlatmaq, xalqımıza qarşı törədilən bu vəhşiliyi heç zaman unutmamaq, şagirdlərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək olmuşdur.
Çox maraqlı keçən bu dərslərdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər iştirak etmişlər.