Nümunəvi dərs keçirilib

2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.1 bəndinə əsasən məktəbin ibtidai sinif müəllimi Həsənova Günelin 4 c sinfində nümunəvi dərsi keçirilmişdir. "Çevrə, dairə" mövzusu üzrə keçirilən bu dərsdə müəllim sadə həndəsi fiqurların təsnifatı ilə bağlı şagirdlərlə müzakirə təşkil etdi, şagirdlər pərgardan istifadə etməklə müxtəlif ölçülü çevrələr çəkdilər, radius, diametr, vətər anlayışları izah olundu. Günel müəllimə fəal təlim metod və üsullarından istifadə edərək mövzunun şagirdlərə mənimsədilməsinə nail oldu. Şagirdlər qrup işi zamanı verilən tapşırıqları böyük həvəslə yerinə yetirdilər və sonda müəllim həm qrup işi üzrə, həm də fərdi şəkildə qiymətləndirilmə apardı.
Dərsdə məktəbin direktoru Yasin Quliyev, ibtidai siniflər üzrə direktor müavini İsmayılova Elnurə, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Seyidbalayeva Şəhla iştirak edirdilər.