"Milli Qəhrəman Əlif Hacıyevin bacısı Minə xanım"

Məktəbin direktoru Yasin Quliyev "Xocalı faciəsi" ilə əlaqədar tədbirə dəvət olunmuş fəxri qonağımız, Milli Qəhrəman Əlif Hacıyevin bacısı Minə xanıma dəvəti qəbul etdiyi üçün xüsusi təşəkkürünü bildirmişdir. Eyni zamanda, Minə xanım da bu cür tədbirləri keçirməklə tariximizin qanlı səhifələrini unutmayaraq vətənpərvər ruhlu şagirdlərin yetişməsinə zəmin yaradan,onların vətənimizə, xalqımıza layiqli övladlar kimi böyüməsi üçün əlindən gələni əsirgəməyən məktəb rəhbərinə və kollektivə dərin minnətdarlığını bildirmişdir.