"Faciədən Qələbəyə!"

Məktəbin "Fəaliyyət Planı"və "Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin 15.02.2023-cü il tarixli 3-29/3-2-55F/2023 nömrəli əmrinə əsasən Xocalı soyqırımının otuz birinci ildönümününə həsr olunmuş tədbir keçirilib.
24 fevral 2023-cü il tarixdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhlanın rəhbərliyi ilə Xocalı soyqırımının otuz birinci ildönümününə həsr olunmuş "Faciədən Qələbəyə!" adlı tədbiri məktəbin riyaziyyat müəllimləri Zeynalova Zəkiyyə , İslamzadə Aydan, musiqi müəllimi Qurbanova Məryəm hazırlamışlar. Tədbirin təşkil olunmasının əsas məqsədi Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri şagirdlərə çatdırmaqdan ibarətdir.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və Xocalı faciəsinin canlı şahidi, Milli Qəhrəman Əlif Hacıyevin bacısı Minə xanım Hüseynova iştirak edirdi. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı qurbanlarının və eləcə də bütün Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım cinayətlərindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunub.
Tədbirdə, həmçinin şagirdlər Xocalı faciəsi zamanı böyük qəhrəmanlıq nümayiş etdirərək xocalılıların meşə ilə Ağdama çatdırılmasında şücaət göstərən, düşmən əlinə keçməsin deyə Xocalı aerportunu partladaraq məhv edən və bir çox misilsiz qəhrəmanlıqları ilə xalqımızın qəlbində özünə əbədi məskən tapan Əlif Hacıyevin obrazını tərənnüm edən səhnəcik də nümayiş etdiriblər. Daha sonra Xocalı ilə bağlı şeirlər ifa olundu. Şagirdlərin iştirakı ilə hazırlanmış kompozisiya nümayiş etdirildi, videoçarxlar təqdim olundu. Məktəb xorunun ifası dinlənildi. Tədbir boyunca faciənin başvermə səbəbləri iştirakçıların diqqətinə çatdırıldı.
Tədbirdə Xocalı faciəsinin şahidi Minə xanım Hüseynova çıxış etmiş, ermənilərin qəddarlıqları ilə bağlı bir çox faktlar haqqında danışmış və bu qəddarlığa qarşı mübarizə aparan Əlif Hacıyev və eləcə də digər Xocalı qəhrəmanları haqqında geniş məlumat vermişdir.
Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək mənfur düşmənlərin azğın əməllərini pisləmiş, yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hisslərinin daha da artırılması məqsədilə bu cür tədbirlərin keçirilməsinin vacibliyini bildirmişdir.
Məktəb rəhbəri onu da qeyd etmişdir ki, cənab Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Xocalı Şəhidləri və digər Şəhidlərimizin qanı yerdə qalmadı, onların intiqamı alındı, torpaqlarımız azad olundu. İndi o azad torpaqlarda azad ruhlar dolaşır .
Qarabağ Azərbaycandır!!!!