XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ XÜSUSİ DƏRSLƏR KEÇİRİLİB

Məktəbin "Fəaliyyət Planı" və "Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin 15.02.2023-cü il tarixli 3-29/3-2-55F/2023 nömrəli əmrinə əsasən Xocalı soyqırımının otuz birinci ildönümününə həsr olunmuş xüsusi dərslər keçirilib.
I-lV siniflərdə "Xocalı soyqırımı -xalqa qarşı zorakılıq"
V-lV siniflərdə "Tarixin soyqırımı zəncirində Xocalı faciəsi"
X-lX - ci siniflərdə "Xocalı soyqırımı insan hüquqlarının pozulması prizmasından" mövzuları adı ilə keçirilən bu dərslərdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
1 e sinfində sinif rəhbəri Vəliyeva Sitarə şagirdlərə faciə ilə bağlı məlumat verərək bildirib ki, bu soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardıb. Daha sonra mövzu ilə bağlı şagirdlərlə diskussiyalar aparılıb və gözəl şairimiz Zəlimxan Yaqubun "Laylay, Xocalım, Laylay" şeirinin bir neçə bəndinin optimal sürətlə ifadəli oxusu həyata keçirilib və şeirin ayrı-ayrı bəndlərinin sətirlərinin mənasının açıqlanması ilə bağlı müzakirə keçirilib.
5 ç sinfində tarix müəllimi Ağayeva Vüsalə Hindu, Holokost soyqırımları ilə bağlı məlumat verdikdən sonra şagirdlərin fikirləri dinlənilir və ümumiləşdirilərək Xocalı soyqırımı və bu soyqırımın Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələri ilə bir sırada dayanması haqqında məlumat verilir. Qrup müzakirəsi keçirilərək bu genosidlərin Eyler-Venn diaqramında oxşar və fərqli cəhətlərinin qeyd olunması ilə bağlı şagirdlərə tapşırıq verilir.
X b sinfində dil-ədəbiyyat müəllimi Tağıyeva Afət tərəfindən şagirdlərə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya" və "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya"nın təhlilinin aparılması tapşırığı verilir. Bu təhlilin aparılması üçün şagirdlər onlara verilən resurslardan istifadə edirlər. Konvensiya ilə yaxından tanış olaraq verilən tapşırıq üzrə cədvəlin müvafiq xanalarına Xocalı faciəsi ilə bağlı əldə etdikləri faktlar əsasında qeydlər edirlər.10 dəqiqəlik müzakirədən sonra şagirdlər təqdimatla çıxış edirlər.
Xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaq.