XOCALI SOYQIRIMININ 31-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ SƏRGİ KEÇİRİLİB

Məktəbin "Fəaliyyət Planı"və "Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin 15.02.2023-cü il tarixli 3-29/3-2-55F/2023 nömrəli əmrinə əsasən Xocalı soyqırımının otuz birinci ildönümününə həsr olunmuş sərgi təşkil edilib. Şagirdlər Xocalı qətliamının dəhşətlərini kağız üzərində təsvir ediblər və həmin əsərlər məktəbin foyesində sərgilənib.
Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, istedadlı uşaqların əl işlərinin nümayiş etdirilməsini təmin etmək və öz əksini həmin əsərlərdə tapan faciənin mahiyyətini məktəbin bütün şagirdlərinə çatdırmaqdan ibarət olmuşdur.
Sərginin hazırlanmasında dərnək rəhbəri Mətanət Abdullayevanın təşkilatçılığı ilə "Mənim rəngli dünyam" dərnəyinin üzvləri və məktəbin digər şagirdləri fəal iştirak etmişlər.