Xocalı faciəsinin ildönümü ilə əlaqədar təşkilat saatları keçirilib

Xocalı faciəsinin ildönümü ilə əlaqədar məktəbin "Tədbirlər Planı"na əsasən, bütün siniflərdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş təşkilat saatları keçirilib.
Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərə videoçarxlar və slaydlar təqdim olunub.
Şagirdlər Xocalı faciəsi ilə bağlı şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər.