Pedaqoji Şura iclası keçirilib

       21 fevral 2023-cü il tarixində məktəbin akt zalında  "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot layihəsinin tətbiqinə həsr olunmuş Pedaqoji Şura iclası keçirilib.
      Məktəbin direktoru Yasin Quliyev 71 nömrəli tam orta məktəbin də pilot məktəb seçildiyini kollektivin diqqətinə çatdırıb və "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" haqqında geniş məlumat verib, qaydaların tətbiqi ilə bağlı verilən sualları cavablandırıb.
     Qeyd olunub ki, qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi