"21 fevral -Beynəlxalq Ana Dili günü" münasibətilə tədbir keçirilib

       Ana dilimiz milli sərvətimiz, milli kimliyimiz, qorumağa borclu olduğumuz ən böyük dəyərdir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
       Bu gün 21 fevral Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu gün münasibəti ilə məktəbin "Fəaliyyət Planı"na uyğun olaraq 21 fevral tarixində ibtidai sinif müəllimi Əsmayə İsmayılova 3 c sinif şagirdləri ilə birgə dilimizin saflığını, gözəlliyini tərənnüm edən sinifdaxili tədbir keçirmişdir. Çıxışları böyük rəğbətlə qarşılanan  kiçikyaşlı məktəblilər hazırladıqları şeirləri söyləmiş, tamaşaları nümayiş etdirmişlər.
       Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi