Texnologiya dərsində gözəl əl işləri hazırlanıb

       Məktəbin "Fəaliyyət Planı"na uyğun olaraq texnologiya müəllimi Xocayeva Sultanın nümunəvi dərsi keçirilib. Dərsdə 7 e sinif şagirdləri böyük həvəslə müxtəlif əl işləri hazırlayıblar. Tikmə işi mövzusu ilə bağlı olan bu dərsdə şagirdlər təbiət gözəlliklərini əks etdirən gülləri, milli ornamentlərimizi kətan parça üzərində işləmişlər. Sultan müəllimənin eskizlər üzərində  maraqlı izahı, şagirdlərə dizayn üzrə tövsiyyələri verildikdən sonra praktiki iş həyata keçirilmişdir.
       Kabinetdə digər siniflərin şagirdlərinin də əvvəlki dərslərdə  hazırladıqları əl işləri qoyulmuşdur. Azərbaycanın atributları, milli çalğı alətləri, qədim qalaları və s. əks etdirən bu əl işləri də böyük marağa səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi