VIII və IX siniflər üzrə monitorinq keçirilib

7 fevral 2023-cü il tarixində məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən VIII və IX sinif şagirdlərinin buraxılış fənləri üzrə monitorinq imtahanı keçirilib. Eyni monitorinq materialları həm 8-ci siniflərə, həm də 9-cu siniflərə təqdim olunub. Məqsəd 8-ci siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 7-8-ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirmək olub.
Monitorinq məktəb rəhbərliyinin nəzarəti ilə aparılıb. Hər sinif üzrə nəzarətçi müəllimlər təyin olunub. 150 dəqiqə müddətində şagirdlər Azərbaycan dili fənni üzrə 30, İngilis fənni üzrə 30 və Riyaziyyat fənni üzrə 25, ümumilikdə 85 sualı cavablandırıblar.