Milli - Mənəvi Irsimiz - Bizim Tariximizdir.

Məktəblilərdə vətənə, xalqa, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət hisslərini daha da yüksəltmək, doğma diyarımızın adət-ənənələrinin, qədim və müasir mədəni irsimizin öyrənilməsini və təbliğini gücləndirmək, ekoloji bilikləri artırmaq, turizm və diyarşünaslığı inkişaf etdirmək, yeniyetmə və gəncləri azərbaycançılıq ruhunda tərbiyə etmək məqsədilə 28.04.2015-ci il tarixdə Diyarşünaslıq olimpiadası keçirilmişdir. Bakı şəhər məktəblilərinin “ Milli - Mənəvi İrsimiz - Bizim Tariximizdir ” diyarşünaslıq olimpiadasında Sabunçu rayon 71 №-li tam orta məktəbin sinif şagirdləri, Məmmədov Əli İman oğlu, Xəlilov Nahid Azər oğlu, Həşimova Zəhra İlqar qızı iştirak etmişdilər. Məktəbin komandası Bakı şəhər məktəblilərinin “ Milli - Mənəvi İrsimiz - Bizim Tariximizdir ” diyarşünaslıq olimpiadasının rayon turunda II yer tutduqlarına görə Diplom verilmişdir.