"2 Fevral Gənclər Günü"

2 fevral 2023-cü il tarixdə məktəbdə  "2 Fevral Gənclər Günü"nə həsr olunmuş tədbir keçirildi.
       Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      Məktəbin direktoru Yasin Quliyev giriş sözü ilə tədbiri açaraq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü haqqında , bu günün gənclərin həyatında oynadığı mühüm rol haqqında geniş məlumat verdi və şagirdləri Gənclər Günü münasibəti ilə təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli övladları olmaq üçün hər zaman təhsilə, milli dəyərlərimizə önəm vermələrini və bu dəyərlərə sadiq qalmalarını tövsiyyə etdi. Bundan sonra Gənclər Günü münasibətilə  məktəbə dəvət olunmuş qonaqlara söz verildi.
       Əməkdar incəsənət xadimi Qəşəm Nəcəfzadə, Xalq artisti Eldost Bayram, Yazıçılar Birliyinin üzvü Nuranə Misir də öz növbələrində çıxış edərək gəncləri təbrik etdilər, poeziya dili ilə tədbiri rəngarəng çalarlarla zənginləşdirdilər.
Sonda məktəb rəhbərliyi və müəllimlər tərəfindən qonaqlara gözəl çıxışlara görə, təşəkkürlər bildirildi və onlarla xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi