Nümunəvi dərs keçirilib

2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.1 bəndinə əsasən məktəbin ibtidai sinif müəllimi Hüsiyeva Yaqutun 1 b sinfində nümunəvi dərsi keçirilmişdir. "Üçbucaq, dairə, düzbucaqlı, kvadrat" mövzusu üzrə keçirilən bu dərsdə müəllim fəal təlim metodlarından istifadə edərək mövzunun şagirdlərə mənimsədilməsinə nail oldu. Kollektivlə aktiv müzakirə üsulu vasitəsilə üçbucaq, düzbucaqlı, dairə və kvadratın ümumi xüsusiyyətləri, onların oxşar və fərqli əlamətləri haqqında müzakirələr aparıldı. Şagirdlər qrup işi zamanı verilən tapşırıqları böyük həvəslə yerinə yetirdilər və sonda müəllim həm qrup işi üzrə, həm də fərdi şəkildə qiymətləndirilmə apardı.
Çox maraqlı keçən bu dərsdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloq və müəllimlər iştirak edirdilər.