Təşkilat saatları keçirilib

“20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən məktəbin dil-ədəbiyyat müəllimləri Məhərrəmova Fəridə 5 b, Əzimova Gülnarə 5 c siniflərində "20 Yanvar faciəsi" ilə bağlı təşkilat saatı keçirmişlər. Təşkilat saatında şagirdlər Şəhidlər haqqında şeirlər söyləmiş, faciə ilə bağlı araşdırmalarını və hazırladıqları tabloları təqdim etmişlər.