Kimya fənni üzrə nümunəvi dərs keçirilib

2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən kimya-biologiya fənn aylığı çərçivəsində məktəbin kimya müəllimi Yusifova Zülfiyyənin 7 ə sinfində nümunəvi dərsi keçirilmişdir.
Fiziki və kimyəvi hadisələr, kimyəvi reaksiyaların əlamətləri mövzusu üzrə fiziki və kimyəvi hadisələr arasındakı fərqlər, oxşarlıqlar, mövzunun daha keyfiyyətli mənimsənilməsi üçün aparılan rəngarəng təcrübələr, yeri gəldikcə həyat bilgisi, coğrafiya, biologiya, fizika fənləri ilə inteqrasiyalar, mövzunun əhəmiyyətinin gündəlik həyatımızda,müasir dövrümüzdə rolunun qabardılması şagirdlərdə həmin mövzu haqqında güclü təəssürat oyatdı və daha keyfiyyətli mənimsəmə əldə edildi.
Sonda mövzu ilə çox yaxından əlaqəsi olan,bu sahədə həyatının böyük bir hissəsini həsr etdiyi işlərdə yüksək nailiyyətlər əldə etmiş AMEA-nın müxbir üzvi, Kimya problemləri İnstitutunda baş elmi işçi olmuş, professor, Kimya Elmləri Doktoru, alim Ələfsər Bəxtiyar oğlu Məmmədov haqqında məlumat verildi və alimin keçdiyi həyat yolunu əks etdirən video-süjet şagirdlərə təqdim olundu.
Nümunəvi dərsdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, kimya-biologiya metodbirləşmə sədri Aliyə Abdullayeva və müəllimlər iştirak etmişlər. Məktəbin direktoru Yasin Quliyev, fənn müəlliminə və şagirdlərə uğurlar arzuladı, eləcə də şagirdlərin dərs zamanı öyrəndiklərinin onlara faydalı olması ilə bağlı fikirlərini bildirdi və lazım gəldikdə bu biliklərdən istifadə edərək öyrəndiklərini həyatda tətbiq etmələrini və gələcəkdə ölkəmiz üçün, xalqımız üçün faydalı olan təcrübi biliklər əldə etmələrini, daha çox biliklər qazanmalarını arzuladı.
Dərsin metodiki xüsusiyyətləri ilə bağlı direktorun fənn müəllimi və metodbirləşmə üzvləri ilə görüşü keçirildi və dərsin keyfiyyəti haqqında fikirlər dinlənildi, müvafiq qərarlar qəbul edildi.