"Rasional qidalanma" ilə bağlı təqdimat

       2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən biologiya fənn aylığı çərçivəsində məktəbin biologiya müəllimi Abdullayeva Aliyənin rəhbərliyi ilə 7 c sinfinin şagirdləri "Düzgün qidalanmanın əhəmiyyəti" mövzusunda maraqlı təqdimatla çıxış etmişlər.
   Rasional qidalanma tərkibində az miqdarda doymamış yağlar və xolesterin, az miqdarda zülal, duz və şəkərli məhsullar, nişastalı qidalar və liflərlə zəngin olmalıdır. Bu tip qidalanma insanları ürəyin işemik xəstəliyindən, damar divarının zədələnməsindən, ürək sancılarından, insultdan, nazik və yoğun bağırsaq xəstəliklərindən və xərçəngin müxtəlif növlərindən qorumuş olar. Təqdimatın mövzusu məhz bu məqamlara həsr olunmuşdur. Şagirdlər hazırladıqları slaydları, tabloları nümayiş etdirmiş və düzgün qidalanma haqqında maraqlı məruzələrlə çıxış etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi