Şəhid Məhəmməd Şəbiyevin anım günü

       Məktəbimizin məzunu olmuş Şəhid Məhəmməd Şəbiyevin anım günü ilə bağlı onun Fəxri Xiyabanda məzarı ziyarət olunmuşdur. Məktəbin 6 e sinif şagirdləri sinif rəhbəri Zəkiyyə Salmanovanın rəhbərliyi ilə Şəhidin məzarı önündə onun haqqında hazırladıqları şeirləri ifa etmişlər.
   Məhəmməd Şəbiyev 44 günlük Vətən müharibəsi zamanı şərəfli döyüş yolu keçmiş, qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Ölümündən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür və eləcə də bir neçə gün  bundan qabaq böyük bir küçə Məhəmməd Şəbiyevin adına verilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi