Məktəbin 9,10,11-ci siniflərindən seçilmiş fəal şagirdləri ilə görüşü keçirilib

Oktyabrın 14-ü 2022-ci il tarixdə məktəbin direktoru Yasin Quliyevin məktəbin 9,10,11-ci siniflərindən seçilmiş fəal şagirdləri ilə görüşü keçirilmişdir.
Görüşün keçirilməsində əsas məqsəd, şagirdlərə məktəbin daxili nizam-intizam qaydalarının daha ciddi şəkildə qorunması üçün, tənəffüs vaxtı növbətçi müəllimlərə kömək etmələri, lazımı məlumatları vaxtında çatdırmaları, məktəb avadanlıqlarının qorunmasına məsuliyyət hissinin artırılması, kiçikyaşlı şagirdlərə qayğı və s. tapşırıqların verilməsi olmuşdur.
Görüş ərzində şagirdlərə müxtəlif məzmunlu məlumatlar verilmiş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.