Vebinar keçirilmişdir

       2022-2023-cü tədris ili üzrə məktəbin illik fəaliyyət planı və Bakı Şəhəri Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmrinə əsasən,təhsil müəssisələrində "Anım günü" və "Zəfər günü"ilə bağlı vebinarların, konfransların, "Dəyirmi masa"ların, ədəbi-bədii kompozisiyaların və s. təşkili bəndinin yerinə yetirilməsi ilə əlaqədar məktəbin tarix müəllimi Əmiraslanova Səbinə V d sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında "Dəyirmi masa" keçirmişdir.
       Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənə məhəbbət ruhunun aşılanması, onlarda xalqa, vətənə bağlılıq hissini yüksəltməkdən ibarətdir.
    Tədbirdə bütün Şəhidlərimiz və eləcə də şəhadətinin ikinci ildönümü yenicə tamam olmuş məktəbin Şəhid məzunu Məhəmməd Şəbiyev böyük ehtiramla yad olunmuş və V d sinfində oxuyan Məhəmmədin kiçik qardaşı Murad Şəbiyev  onun haqqında xatirələrini danışmış, bu yaxınlarda Şəhidin doğulub-böyüdüyü qəsəbədə böyük bir küçəyə onun adının verilməsini xüsusilə qeyd etmiş və qəhrəman qardaşı ilə  qürur duyduğunu söyləmişdir. Çıxış edən digər şagirdlər də Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən, vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açmışlar.
Tədbirdə məktəb rəhbərliyi, kitabxana müdiri və müəllimlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi