Müəllimimiz Fəxri Fərmanla təltif olunub

71 №-li tam orta məktəbin coğrafiya müəllimi , Abduləzimova Susanna Feyruz qızı gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdiyi şərəfli, fədakar əməyi, onların təlim-tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi üçün yüksək qiymətləndirilib və Sabunçu rayonu İcra Hakimiyyətinin İcra başçısı cənab Adil Vəliyev tərəfindən Fəxri Fərmanla təltif olunub.
Məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektiv adından Sabunçu rayonu İcra Hakimiyyəti nümayəndələrinə məktəbə,təhsilə göstərdiyi qayğı və diqqətə görə, dərin təşəkkürümüzü bildiririk, eləcə də bu təltifə layiq görülən Susanna Abduləzimovaya uğurlar diləyərək bundan sonra da yeni-yeni nailiyyətlər qazanmasını arzu edirik.