ŞƏHİDLƏRİ DƏRİN HÖRMƏTLƏ ANIRIQ!

2022-2023 cü tədris ili üzrə məktəbin illik fəaliyyət planı və Bakı Şəhəri Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmrinə əsasən, məktəbin 6 d sinif şagirdləri sinif rəhbəri Mikayılova Fərqanənin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhid olmuş igid oğullarımızın məzarını ziyarət etmiş və onların məzarları üstünə gül dəstələri qoymuşlar.
Qeyd etmək lazımdır ki, Vətən müharibəsi Şəhidlərinin xatirəsinin yad edilməsi və 44 günlük müharibədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr-"Anım günü"nə həsr olunan bu silsilə tədbirlər məktəbimizin müəllim və şagird kollektivi tərəfindən mütəmadi olaraq həyata keçirilir. Milli-mənəvi dəyərlərimizin daim uca tutulması, bu müqəddəs insanların şagirdlərin yaddaşında əbədi yaşaması üçün bu tədbirlərin keçirilməsi onların dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Allah bütün Şəhidlərimizə rəhmət etsin.