"27 sentyabr- Anım Günü" ilə əlaqədar tədbir keçirilib

      27 Sentyabr  Anım Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Tədbirlər planı”na uyğun olaraq  sentyabrın 27 - də məktəbdə anım günü keçirildi. Tədbir Dövlət himninin səslənməsi və Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən, Şuşa xəyallarımızı reallaşdıran Şəhidlərimiz ehtiram və hörmətlə anılmış və yad edilmişdir. Tədbirdə müxtəlif yaş qrupu üzrə şagirdlərimizin ifasında vətənpərvər səpgidə şeirlər səsləndirilmiş, çıxışlar dinlənilmişdir. Tədbirə dəvət olunmuş Şəhid ailələrinə söz verilmişdir. Səhidlərimiz Saleh Əliyevin valideynləri Namiq bəy və Solmaz xanım, Əfqan Nəsirovun anası Kəmalə xanım, Nicat Xələfovun anası Dilarə xanım, Rahim Quliyevin anası Xoşgül xanım, Məhəmməd Şəbiyevin atası Vaqif bəy çıxış edərək şagirdlərimizə bu qəhrəman övladlarının xatirələrindən,döyüş yollarından söz açmışlar.

     Sonda söz məktəbin direktoru Yasin Quliyevə verilmişdir.Yasin müəllim öz çıxışında canını vətən uğrunda qurban vermiş Şəhidlərimizin əziz xatirəsini daim uca tutmağı, onları daim ehtiramla yad etməyi şagirdlərimizə bildirmiş, bu qəhrəman övladların valideynlərinin qarşısında dərin hörmətlə baş əyərək onların Şəhid olmuş balalarının indiki və bundan sonrakı bütün nəsillərə hər zaman örnək olacağını böyük qürur hissilə vurğulamışdır.

Tədbir  rəhbər, müəllim heyətinin və bütün şagirdlərin, eləcə də Şəhid ailələrinin məktəbin həyətində ucaldılmış Şəhidlərin xatirə kompleksinin önünə gül dəstələrinin qoyulması ilə başa çatmışdır.

    Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi