Quba Memorial Kompleksinə ziyarət

Aprelin 2-3-də Bakıda I Beynəlxalq-Tarixdə soyqırımlar:faktlar,reallıqlar,uydurmalar simpoziumu keçirilmişdi.Simpoziumda görkəmli alimlərin,tarixçilərin erməni terror təşkilatları tərəfindən uzun illərdən bəri Azərbaycanda həyata keçirdikləri soyqırımlar haqqında geniş məruzələri dinlənildi.Onlar öz məruzələrində soyqırımı törətməkdə düşmənlərin əsas məqsədlərinin Azərbaycanda müstəqillik ideyalarına və milli demokratik qüvvələrə zərbə vurmaq olduğunu qeyd etdilər. Simpozium başa çatdıqdan sonra simpozium iştirakçıları Quba məzarlığına gedərək soyqırım qurbanları şərəfinə ucaldılmış Memorial Kompleksdə olmuşlar.Mən də simpozium iştirakçısı kimi Məzarlığı ziyarət etdim. Memorial Kompleksdə Hamasapsın quldur dəstələrinin Quba əhalisinə qarşı törətdiyi vəhşilikləri özündə əks etdirən sərgi və sənədli film nümayiş etdirildi.Həmin soyqırımda Quba qəzasında 162 kənd yandırılmış,16 mindən artıq əhali qətlə yetirilmişdi.Ümumilikdə Azərbaycanda əlli min nəfər insan erməni vəhşiliyinin qurbanına çevrilmişdi. Allah bütün şəhidlərimizə rəhmət etsin.