"31 Mart soyqırımı"nın anın mərasimi

1918-ci ilin mart ayında Bakı,Şamaxı,Quba,Lənkəra Bakı,Şamaxı,Quba,Lənkəran, Salyan,Neftçala ,Hacıqabul,Kürdəmir,Göyçay və digər bölgələrdə erməni birləşmələri tərəfindən müsəlman əhalisinə ,eləcədə yəhudilərə qarşı törıdilən qırğınlar xalqımıza qarşı XX əsrdə törədilən ən böyük soyqırımlardan biri idi.Quduzlaşmış ermənilər evlərə soxularaq dinc əhaliyə divan tuturdular.Onlar “Müsəlmanları qırın,onların kökünü kəsin,heç birini sağ buraxmayın”,-deyə bağırır,heç kəsə rəhm etmirdilər.Günahsız əhalini güllələyir,diri-diri yandırır,körpələri süngüyə keçirirdilər.Müqəddəs kitabımız olan “Qurani-Kərimi”toplayıb tonqallar qalayır,müsəlmanların əl-qolunu bağlayaraq bu tonqallara atırdılar.Şəhərin mərkəzində Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi teatr binası,”İslamiyyə”binası,”Təzəpir” məscidinin minarəsi top atəşi ilə dağıdıldı. 1998-ci il martın 26-da Ulu öndərimiz Heydər Əliyev xalqımıza qarşı törədilmiş bütün soyqırımları tarixin yaddaşında saxlamaq üçün xüsusu fərman verdi.Bu fərmanla 31 Mart Azərbaycanlıların soyqırımı günü elan edildi. Bu soyqırım qurbanlarının xatirəsi hər il dünyanın bir çox ölkələrində yad edilir.Bizim məktəbimizdə də soyqırım münasibətilə anım mərasimləri keçirilir,tarix dərslərinin tədrisində soyqırımı özündə əks etdirən sənədli filmlər nümayiş etdirilir.