Şagirdimizin şahmatda uğuru

“Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər İdman – Şahmat Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş qızlar arasında şahmat turnirində məktəbimizin 10 ç sinif şagirdi Rəşidova Nərgiz Müseyib qızı iştirak etmişdir. Rəşidova Nərgiz ikinci yerə layiq görülərək Diplomla təltif olunmuşdur. Təqdim etmə mərasimində Təhsil Naziri Emin Əmrullayev də iştirak etmişdir. Şagirdimizi təbrik edirik və daha böyük uğurlar qazanmasını arzulayırıq.