"Nizami Gəncəvi" mövzusunda açıq dərs keçirilib

Dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 09.03.2021-ci il tarixli F-74 nömrəli əmrinə əsasən Virtual məktəb platforması üzrə 7 f sinfində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əlili İlahənin açıq dərsi keçirilmişdir.
Şagirdlərlə dahi şairin həyatı və yaradıcılığı haqqında müzakirə təşkil olundu. Şagirdlər şairin əsərlərindən parçalar söylədilər. Şairin əsərlərinə bəstələnmiş romanslar dinlənildi. Şagirdlər arasında intellektual viktorina keçirildi. Viktorinada verilən suallara cavab verərək Hümmətli Zəhra I yer, Məmmədova Turanə II yer, Xanvəliyeva Səbinə III yerə çıxmışlar.
Dərsdə məktəb rəhbərliyi də iştirak etmişdir. Sonda məktəbin direktoru şagirdlərə uğurlar arzulamışdır.