"Yol hərəkəti qaydaları, yol nişanları"

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı"nın "Təhsil müəssisələrində gənclər və yeniyetmələr arasında yol-nəqliyyat təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirlərinin (seminar, "dəyirmi masa", layihə, təqdimat, müsabiqə, yarış və s.) keçirilməsi" bəndinə əsasən 02.06.2021-ci il tarixdə Microsoft Teams platformasında məktəbin biologiya müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifənin təşkilatçılığı ilə VI b sinif şagirdlərinin bu mövzuda təqdimatı keçirilmişdir. Yol hərəkəti qaydaları, yol nişanları haqqında məlumatlar verilmiş, sürücü və piyadaların hüquqlarını əks etdirən videoslaydlar təqdim olunmuşdur.