IV və VIII siniflər üzrə Sınaq qiymətləndirmə keçirilib

Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 31 may 2021- ci il tarixində ümumtəhsil məktəblərində IV və VIII siniflər üzrə Təlim dili, Riyaziyyat və Xarici dil fənlərindən sınaq qiymətləndirmə keçirilmişdir. 71 nömrəli tam orta məktəb təmirə bağlandığı üçün bu qiymətləndirmə onlayn olaraq keçirilmişdir. Suallar IV siniflər üzrə Təlim dili, Riyaziyyat və Xarici dil- hər birindən 15 sual olmaqla, VIII siniflər üzrə Təlim dili 30, Riyaziyyat 25, Xarici dil 30 sual olmaqla şagirdlər tərəfindən təyin olunmuş vaxt ərzində cavablandırılmışdır.
Qiymətləndirmənin nəticələri olaraq bal və düzgün cavabların sayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çatdırılmışdır.