"Uşaqlar sevinsin həmişə!"

Məktəbin İllik fəaliyyət planına uyğun olaraq, 31.05.2021-ci il tarixdə Microsoft Teams platformasında ibtidai sinif müəllimi İsmayılova Əsmayənin təşkilatçılığı ilə I c sinif şagirdlərinin təqdimatında "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "Uşaqlar sevinsin həmişə!" adlı onlayn tədbir keçirilmişdir. Bayram tədbirində məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifə, təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayılova Elnurə, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Həsənova Səbirə və bir sıra müəllimlər iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan toplantıda balaca fidanlarımızın ifasında mövzu ilə bağlı müəyyən məlumatlar verilmiş, bədii parçalar səsləndirilmiş, maraqlı səhnəciklər nümayiş etdirilmişdir. Şagirdlərin çəkdikləri maraqlı şəkillər təqdim olunmuşdur.
Sonda direktor Yasin Quliyev birinciləri bayram münasibətilə təbrik etmiş, səmimi söhbət əsnasında onlara qayğısız həyat, xoş gələcək arzulamışdır.