Pedaqoji şuranın növbəti iclası keçirildi

17 may 2021-ci il tarixdə Bakı şəhəri 71 nömrəli tam orta məktəb üzrə pedaqoji şuranın növbəti onlayn iclası keçirildi. Məktəbin direktoru Yasin Quliyev kollektiv üzvlərini salamlayaraq onları pedaqoji şuranın gündəliyi ilə tanış etdi. Direktor 17 may 2021-ci il tarixdən əyani dərslərin başlaması haqqında məlumat verərək bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göndərdiyi təlimata əsasən, məktəbin təmir olunmağı ilə bağlı bir neçə təmir olunan məktəblə birgə 71 nömrəli məktəbdə də təhsil onlayn olaraq davam etdiriləcək. Bununla bağlı distant dərs cədvəlində dəyişiklik olmayacaq və dərslər cədvələ uyğun olaraq müəllimlər tərəfindən tədris ediləcək.
Daha sonra iclasda gündəlikdə duran məsələlər- məktəbdə tedrisin keyfiyyəti, COVİD-19 virusuna qarşı vaksinasiya prosesi, ll yarımil üzrə summativ qiymətləndirilmələrin hazırlanması,onlayn nümunəvi dərslərin təhlili, lX siniflər üzrə təhsil səviyyəsinin monitorinq nəticələri, məktəbin illik fəaliyyət planından irəli gələn tədbirlərin həyata keçirilməsi, olimpiada və müsabiqələrin nəticələri, "Kiçik akademiya"nın fəaliyyəti haqqında geniş müzakirə aparıldı.