"Nizami dünyası" adlı intellektual müsabiqənin məktəb mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12.03.2021-ci il tarixli F-56 nömrəli əmri ilə təsdiq edilmiş "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı"nın 6-cı bəndinə əsasən məktəbin lX-Xl sinif şagirdləri arasında "Nizami dünyası" adlı intellektual müsabiqənin məktəb mərhələsi keçirilmişdir. Müsabiqədə 4 nəfər lX, 4 nəfər X, 2 nəfər Xl sinif şagirdləri olmaqla 10 şagird iştirak etmişdir. Məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifə, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Həsənova Səbirə və məktəbin dil-ədəbiyyat müəllimlərinin iştirakı ilə keçirilən bu müsabiqədə əsas məqsəd şagirdlərin intellektual biliklərinin səviyyəsini öyrənmək və müsabiqənin ikinci mərhələsinə bir şagirdin seçilməsi idi. Suallar müsabiqənin keçirilmə qaydalarına uyğun olaraq altı əsas istiqamətlər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifə və dil-ədəbiyyat müəllimlərinin iştirakı ilə hər istiqamət üzrə 10 sual olmaqla hazırlanmış və məktəbin direktoru Yasin Quliyev tərəfindən təsdiqlənmişdir. Şagirdlər səsləndirilən suallara cavab vermiş, hər bir şagirdin cavabı müəllimlər tərəfindən dəyərləndirilmişdir. Daha çox suallara cavab verib və yüksək nəticə əldə edən Xl a sinif şagirdi Kazımlı Fatimə müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanmışdır.
Şagirdimizə növbəti mərhələdə də qalib olması üçün bol-bol nailiyyətlər və uğurlar arzulayırıq.