Lütfü Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının Rayon (Şəhər) mərhələsinin nəticəsi

Bakı şəhəri ümumi təhsil məktəbləri üzrə Lütfü Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının ilk turu keçirilib.
Olimpiadada Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin 7000-ə yaxın beşinci sinif şagirdləri iştirak edib. Şagirdlər 2 saat vaxt ərzində məntiqi təfəkkürə aid 30 test sualını cavablandırıblar.
Yüksək nəticə göstərən şagirdlər arasında 71 nömrəli tam orta məktəbin şagirdləri də var. Məktəbin V c sinif şagirdləri-Həsənli Fərid, Əfəndiyev Murad, Şahbazlı Əkbər, Pənahlı Səma qalib şagirdlərimizdir.
Şagirdlərimizi təbrik edir, bundan sonra da onlara bol-bol nailiyyətlər, uğurlar arzulayırıq.