Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsindən

     Virtual məktəb platformasında məktəbin biologiya müəllimi Abdullayeva Aliyənin təşkilatçılığı ilə V C sinfində "Dahi şəxsiyyət", informatika müəllimi Abdullayeva Tamillanın təşkilatçılığı ilə V E sinfində "Xalqın xilaskarı - Heydər Əliyev", dil-ədəbiyyat müəllimi Kərimov Taqətin təşkilatçılığı ilə VI E sinfində "Ulu Öndər, dahi şəxsiyyət", ingilis dili müəllimi Abbasova Qızyetərin təşkilatçılığı ilə X C sinfində "Unudulmaz lider", riyaziyyat müəllimi Musayeva Səkinənin təşkilatçılığı ilə V A sinfində "Zəmanəni qabaqlayan fenomen", coğrafiya müəllimi Xəlilova Fatimənin təşkilatçılığı ilə X Ç sinfində "Ümummilli lider - Heydər Əliyev 98 il", tarix müəllimi Ağayeva Vüsalənin təşkilatçılığı ilə VI və IX siniflərdə "Azərbaycanın qurucusu - Heydər Əliyev" adlı tədbirlər keçirilmişdir.
     Heydər Əliyev şəxsiyyətinin müxtəlif tərəflərini özündə əks etdirən bu tədbirlərin keçirilməsində məqsəd dahi şəxsiyyətin zəngin siyasi irsi, müdrik siyasəti, Azərbaycan xalqının dövlətçilik tarixindəki mövqeyini bir daha gələcək nəslə aşılamaqdır.
     Azərbaycan xalqı var olduqca Heydər Əliyev də yaşayacaq! Allah Ulu Öndərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi