"Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü"

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü məktəbin dil-ədəbiyyat müəllimi Əlili İlahənin rəhbəri olduğu VII F sinfində də qeyd olunmuşdur. Virtual məktəb platformasında təşkil olunan bu tədbirdə məktəb rəhbərliyi və bir sıra müəllimlər də iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyatı, çoxşaxəli fəaliyyəti haqqında zəngin məlumatları əks etdirən videotəqdimatlar nümayiş etdirilmişdir. Vətənini, millətini hədsiz məhəbbətlə sevən Ulu Öndərin elm, təhsil, mədəniyyət, idman və digər sahələrə göstərdiyi qayğı və diqqət vurğulanmışdır. Şagirdlərin ifasında əbədi liderimizə həsr olunmuş bədii parçalar səsləndirilmiş, onun müdrik kəlamlarından nümunələr söylənmişdir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi, həmin siyasətin uğurlu təzahürü kimi erməni işğalçıları ilə müharibədə tarixi Qələbəmiz diqqətə çatdırılmışdır.
Sonda məktəb rəhbərliyi çıxış edərək, Heydər Əliyev dühasının müasir dövlətçiliyimizin banisi kimi müstəsna xidmətlərindən danışmış, 10 May tarixinin xalqımızın yaddaşına həmişəlik parlaq səhifə kimi yazıldığını qeyd etmişdir.