VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri

Hər il olduğu kimi bu il də Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin Vl-Vll sinif şagirdləri arasında Vl respublika fənn olimpiadası keçirilib.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar olunması,aşağı sinif şagirdlərinin müxtəlif fənlərə marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.
Birinci mərhələ üzrə yüksək nəticə göstərən şagirdlər arasında 71 nömrəli məktəbin 8 şagirdi də ikinci mərhələyə keçid şansı əldə ediblər.
İnformatika fənni üzrə Vl a sinif şagirdləri Göyüşova Aydan, İmaməliyeva Minayə, Vl b sinif şagirdi Sadıqova Nuray, Riyaziyyat fənni üzrə Vl b sinif şagirdi Cəfərli Elmira,
Vl ç sinif şagirdi Hacıyev Mustafa, Vl e sinif şagirdi Məmmədova Aysu, Fizika fənni üzrə Vll ç sinif şagirdi Yusifli Reyhan, Kimya fənni üzrə Vll f sinif şagirdi Mehdixanlı Rinat qalib şagirdlərimizdir.
Şagirdlərimizi təbrik edir,növbəti mərhələdə uğurlar arzu edirik.