10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür

      Müstəqil Azərbaycan dövlətinin memarı,dünya şöhrətli siyasətçi, vətənpərvər insan, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat yolunun gələcək nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə məktəbimizdə silsilə tədbirlər keçirilir.
     Məktəbin ibtidai sinif müəllimi Xudaverdizadə Ülviyyə rəhbəri olduğu 4 Ç sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı onlayn tədbir təşkil etmişdir. Toplantıya məktəb rəhbərliyi də qatılmışdır.
     Tədbirdə Heydər Əliyevin Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri, ölkəmizi dünyaya tanıdan, ona beynəlxalq aləmdə nüfuz qazandıran siyasəti haqqında videoslaydlar təqdim olunmuşdur. Eləcə də, dahi şəxsiyyət, uşaqların sevimlisi olan Heydər Əliyevə həsr olunmuş bədii parçalar ifa edilmiş, şagirdlərin Heydər Əliyev dühasının əzəmətini əks etdirən əl işləri nümayiş etdirilmişdir.
     Sonda məktəb rəhbərliyi çıxış edərək, əbədi liderimiz Heydər Əliyev irsinin öyrənilməsi işinin hər dövrümüz üçün mühüm əhəmiyyətə malik olduğunu bildirmiş, bugünkü Qələbəmizi məhz Heydər Əliyev siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi