"Kimya -biologiya gecəsi"

Əziz oxucular,mövzumuz Sabunçu rayonu E.Misirxanov adına 71 №li tam orta məktəbdə keçirilən tədbir haqqqındadır.”Kimya-Biologiya gecəsi”adlı tədbirimizdə hər bir mövzuya kimya,biologiya gözü ilə yanaşdıq.Tədbirin təşkkilatçıları kimyaçısı,həm də təlim- tərbiyə işləri üzrə direktor müavini Şəmsiyyə Azəri,biologiya müəllimi ,həm də kimya –biologiya metodbirləşməsinin sədri Zərifə Cəfərova ,məktəbimizin məzunları Günel Rəhimova,Qüdrət Əzizov idi.Onların zəhməti nəticəsində istedadlı şagirdlərimizin bacarığı sayəsində möhtəşəm bir tədbir alındı. Tədbirimiz kimya –biologiya fənnlərinə aid olduğuna görə hazırlanmış səhnələrdə Oksigeni hakim qarşısında,orqanlarımızı toyda təsəvvür edərək gözəl,ədəbi-əyləncəli mənzərə yaratmağa çalışdıq.Bu səhnələr gülüş yaratmaqla yanaşı həm də şagirdləri elmi-biliklərlə məlumatlandırmaq məqsədi daşıyırdı. Hal-hazırda məktəbimizin hər cür texniki avadanlıqlarla təchiz edilməsi şagirdləri İKT-nın nailiyyətlərindən istifadə edərək daha da fəallaşmasına səbəb olmuşdur. Tədbirin növbəti mərhələsində şagirdlərimizin kimya-biologiya fənlərinə aid hazırladıqları video-çarxlar nümayiş etdirildi.Elmi məlumatlar,gözəl tamaşalarla yanaşı,insan ruhuna dinclik,rahatlıq gətirən həzin musiqilər bir-birini əvəz edirdi. Şagirdlərin intellektual səviyyəsinin inkişafı üçün təşkil olunmuş Viktorinada kimya-biologiya üzrə verilən suallara cavab verməklə onların biliklərinin səviyyəsi sınandı.Viktoninanın qalibi VIIIb sinif şagirdi Mehtizadə Gülnar sonda məktəbin direktoru Mahirə Qocayeva tərəfindən fəxri-fərmanla təltif edildi. İnsan nə qədər xoş anlar,dəqiqələr yaşasa da ürəyində olan ağrı və nisgili yaddan çıxarmır.Bu tədbirdə də erməni işğalçılarının əsarəti altında olan vətən torpaqlarını-Qarabağı yaddan çıxarmadıq,unutmadıq.Kimyəvi elementlərdən istifadə edərək bombalar,silahlar hazırlanaraq müharıbələrdə istifadə olunur və bunun nəticəsində analar oğul,bacılar qardaş itkisi qarşısında gözüyaşlı qalır.Bu mövzuya da toxunaraq şagirdlər Azərbaycan mədəniyyətinin incilərindən olan “Onu bağışlamaq olarmı?” filmindən bir neçə səhnəni nümayiş etdirərək tamaşaçılarda kövrək hisslər yaratdılar. Tədbir gözəl musiqi sədaları altında başa çatdırıldı. Tədbirin sonunda məktəbin direktoru Mahirə Qocayeva,tədbirin təşkilatçıları Şəmsiyyə Azəri,Zərifə Cəfərova və eləcədə tədbirin təşkilində köməklərini bizdən əsirgəməyən məzunlarımız Günel Rəhimova,Qüdrət Əzizov,müəllimlərdən Məleykə Əliyeva,Mahirə Əliyeva,Solmaz Quliyeva,Afət Tağıyeva,Afaq Nəbiyeva,Zülfiyyə Qocayeva,Arzu Cəfərova,Xəyalə Kərimova,Əsmayə İsmayılova və başqaları ürək sözlərini söylədilər və belə səviyyəli tədbir hazırladıqlarına görə tədbir iştirakçılarını təbrik etdilər. Zərifə Cəfərova