"Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii kompozisiya"

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq Nizami irsinin təbliği məqsədilə Virtual Məktəb platformasında məktəbin dil-ədəbiyyat müəllimi Qədimova Səadətin təşkilatçılığı ilə Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil olunmuşdur. Tədbirdə məktəb rəhbərliyi və bir qrup müəllimlər iştirak etmişlər. Nizami yaradıcılığına üz tutan V və IX sinif şagirdlərinin təqdimatında Nizaminin həyat və yaradıcılığı haqqında müəyyən məlumatlar verilmiş, onun müdrik aforizmlərindən nümunələr söylənmişdir. Şagirdlər dünya şöhrətli şairin müxtəlif əsərlərindən bəzi səhnələri canlandırmış, böyük mütəfəkkirin sözlərinə yazılmış musiqilər səsləndirmişlər. "Nizami" filmindən bəzi fraqmentlər nümayiş olunmuşdur.
Sonda məktəb rəhbərliyi və müəllimlər çıxış edərək, bəşəriyyətin bədii fikir tarixində yeni səhifə açmış ölməz şairin həm Azərbaycan, həm də dünya ədəbiyyatındakı mövqeyindən danışmış, Nizami irsinin öyrənilməsini bütün dövrlər üçün zəruri və əhəmiyyətli hesab etmişlər.