"Qarabağ dünən, bu gün və sabah"

"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün "Fəaliyyət planı"nın 1.3. alt istiqamət üzrə hədəflərinin 1.3.3. fəaliyyət istiqamətinə və 3.2. alt istiqamət hədəflərinin 3.2.2. fəaliyyət istiqamətinə əsasən məktəbimizin foyesində "Qarabağ dünən, bu gün və sabah" mövzusunu və Şəhidlərin keçdiyi döyüş yolunu əks etdirən rəsm əsərləri və əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə bütün siniflər üzrə şagirdlərin yaradıcılıq nümunələri nümayiş olunmuş, məktəb kollektivi və şagirdlər tərəfindən xüsusi maraqla qarşılanmışdır. Müxtəlif siniflər üzrə bir neçə şagirdin işi müsabiqədə fərqləndirilərək seçilmişdir.