"Hər birimiz bu Vətənin əsgəriyik"

           Məktəbin illik fəaliyyət planının "1.3 Məktəbdənkənar və sinifdənxaric fəaliyyətlərin təşkili" bəndinə əsasən 2016-cı il Aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliği məqsədilə Aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunmuş "Hər birimiz bu Vətənin əsgəriyik" adlı onlayn tədbir keçirilmişdir. Tədbir məktəbin dil-ədəbiyyat müəllimi Həsənova Hafizənin rəhbərliyi ilə  hazırlanmışdır. Toplantıda məktəb rəhbərliyi, bir cox müəllim və şagirdlər iştirak etmişlər. Tədbirin açılışında Dövlət himnimiz səsləndirilmiş, Aprel şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. V, VI, IX, X sinif şagirdlərinin təqdimatında Böyük Qayıdışın başlanğıcı haqqında məlumat verilmişdir. 2016-cı il 2 apreldə başlamış dördgünlük müharibə zamanı rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş Lələ təpə yüksəkliyi, Cəbrayılın Cocuq Mərcanlı kəndinin görüntülərini əks etdirən videoslaydlar təqdim olunmuşdur. Cocuq Mərcanlının strateji cəhətdən əhəmiyyətli mövqeyi, Lələ təpənin 1-ci Qarabağ müharibəsi zamanı əsas döyüş yerlərindən biri olduğu vurğulanmışdır.
             Cənab Prezident İlham Əliyevin göstərişi ilə 2016-cı ildə işğaldan azad olunmuş bu torpaqlarda aparılan abadlıq-quruculuq işlərindən bəhs olunmuşdur. Şagirdlərin ifasında Aprel şəhidlərinin ölməz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmişdir. Toplantıda iştirak edən müəllimlər də bu mövzuda öz dəyərli fikirlərini bölüşmüşlər.
Sonda məktəb rəhbərliyi uğurlu Aprel döyüşləri haqqında danışaraq, bugünkü Zəfərimizə gedən yolun məhz bu döyüşlərdən keçdiyini bildirmiş, tariximizin bu səhifəsini xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldığını qeyd etmişdir.
https://youtu.be/QpDv-rZ2Pz0

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi