"Sərgi"

     Ölkə başçımız  İlham Əliyev cənablarının demokratik və uzaqgörən siyasəti nəticəsində  daim inkişaf edən, iqtisadi, siyasi və hərbi gücü ilə dünya ölkələri arasında nüfuzlu yer tutan respublikamız, həm də qədim dövlətçilik ənənələrinə malikdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərovanın "Həyat bilgisi"fənnindən 7f sinfində keçdiyi "Dövlətçilik ənənələrimiz "mövzusu üzrə şagirdlər məhz bu ənənələrə uyğun olaraq ev tapşırığını yerinə yetirmişlər.
Ali baş komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun dövlətçilik ənənələrimizə xas olan- torpaqlarımızı qorumaq prinsipi və bu ənənəyə sadiq qalaraq uzun illər işğal altında  olan  torpaqlarımızı işğaldan azad etməsi hər birimizdə böyük ruh yüksəkliyi yaratmışdır. "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Bakı şəhəri üzrə tədris ili üçün "Fəaliyyət planı"nın 1.3 alt istiqamət üzrə hədəflərinin 1.3.1. fəaliyyət istiqaməti əsasında VII f sinif şagirdləri İbrahimli Pərvaz, Babayev Həsən, Sadıqzadə Səyyad, Xanvəliyeva Səbinə, Cəfərli Nuray, Qarayeva Fidan, Bağırzadə Banu, Novruzova Ləman, Babayev Elşad ev tapşırığı kimi İşğaldan azad olunmuş bölgələrimizin tarixi yerləri, simvolları, Zəfər paradında nümayiş etdirilən hərbi texnikalarımızdan ibarət, müxtəlif materiallardan hazırladıqları  əl işlərini təqdim etmişlər. Əl işləri məktəbin foyesində nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi