"Unudulmaz tariximiz" adlı onlayn tədbir keçirilib

     30.03.2021-ci il tarixdə məktəbin illik fəaliyyət planına uyğun olaraq, şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə dil-ədəbiyyat müəllimi Həsənova Hafizənin təşkilatçılığı ilə Virtual məktəb platformasında 31 Mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar "Unudulmaz tariximiz" adlı onlayn tədbir keçirilmişdir. Toplantıda məktəb rəhbərliyi, bir qrup müəllim və şagirdlər iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Müxtəlif siniflər üzrə şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii parçalar ifa edilmiş, 1918-ci il Mart qırğınları haqqında tarixi həqiqətləri əks etdirən videoçarxlar nümayiş olunmuşdur. Ermənilərin bizim əzəli düşmənimiz olduğu, yurdumuzun zaman-zaman mənfur düşmənlərin təcavüzünə məruz qalması, lakin artıq Ali Baş Komandanımız İlham Əliyevin ağıllı siyasəti və ordumuzun yenilməz qüdrəti sayəsində torpaqlarımızın işğaldan azad olunduğu vurğulandı.
     Sonda məktəb rəhbərliyi 31 Mart hadisələrinə münasibət bildirərək, fikirlərini bölüşmüş, bu həqiqətlərin hər zaman bütün dünyaya çatdırılmasında bir daha vətəndaş olaraq hər birimizin səmərəli fəaliyyətinin vacibliyini xatırlatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi