"Şəhidlər heç vaxt unudulmur"

Xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılan, möhtəşəm qələbəmizlə başa çatan Vətən müharibəsində qazandıqlarımızla bərabər itirdiklərimiz də oldu. Onlar bizim qürur mənbəyimizə çevrilən ŞƏHİDLƏRİMİZDİR. Bu şəhidlərin sırasında Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbin məzunları da var.
Məktəbin direktoru Yasin Quliyevin təklifinə yekdilliklə dəstək olan kollektiv üzvləri şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün məktəbdə xüsusi guşənin yaradılması, sinif otaqlarının şəhidlərin adları ilə adlandırılması və siniflərdə onların daim anılması üçün xatirə guşələrinin yaradılması üçün əllərindən gələni əsirgəmədilər.....
"Şəhidlər heç vaxt unudulmur" devizi altında növbəti anım mərasimi şəhid Əfqan Nəsirovun ad günü münasibətilə yad edilməsinə təsadüf etdi...
Məktəbin rəhbərliyi və müəllimlər 29.03.2021-ci il şəhidin doğum günündə onun evində olaraq anasına, bacısına bu ağır günlərində dəstək olmuş və Əfqan Nəsirovun, eləcə də onunla bir məzarlıqda uyuyan məktəbin daha bir şəhid məzunu Saleh Əliyevin məzarlarını ziyarət etmişlər....