"Dalğalansın bayrağımız, yansın zəfər saçan tonqalımız" adlı onlayn tədbir keçirilib

     Bayramlar içində bir bayram da var: ən doğma, əziz bayram - Novruz bayramı! Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Təbiəti oyadan, ətrafı gözəlləşdirən, qəlbləri sevindirən, bayramların ən seviləni olan Novruz bayramını qeyd etmək məqsədilə 19.03.2021-ci il tarixdə Virtual məktəb platformasında məktəbimizin ingilis dili müəllimi Şükürova Alidənin təşkilatçılığı ilə 9 A sinif şagirdlərinin təqdimatında "Dalğalansın bayrağımız, yansın zəfər saçan tonqalımız" adlı onlayn tədbir keçirilmişdir. Yığıncaqda məktəb rəhbərliyi və bir qrup müəllimlər də iştirak etmişlər. Alidə müəllimə Novruz bayramı barədə müəyyən məlumatlar vermişdir. Şagirdlər Novruz bayramının tarixi, adət-ənənələri haqqında videotəqdimatlar təqdim etmişlər. Təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında qeyd edilən Novruz bayramının xarakterik cəhətlərindən, çərşənbələrdən danışılmışdır. Bu il Bahar bayramının həm də işğaldan azad olunmuş torpaqlarımızda keçirilməsindən bəhs edilmiş, Şuşada qalanmış bayram tonqalını əks etdirən videoçarxlar nümayiş olunmuşdur. Öz canları, qanları bahasına bu bayram günlərini bizə yaşadan şəhidlərimiz yad edilmiş, onlara Allahdan rəhmət dilənmiş, qazilərimizə şəfa arzulanmışdır.
Sonda məktəb rəhbərliyi çıxış edərək, həm müəllimləri, həm də şagirdləri bayram münasibətilə təbrik etmiş, məmləkətimizə hər zaman sülh, əmin-amanlıq arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi