Maarifləndirici seminar keçirilib

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı"na əsasən məktəbin psixoloqu İmaməliyeva Turanənin təşkilatçılığı ilə 11.03.2021-ci il tarixdə Virtual məktəb platformasında yuxarı sinif şagirdləri ilə bu mövzuda onlayn görüş keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi də iştirak etmişdir. Seminarın əsas məqsədi zərərli vərdişlərin insan həyatına mənfi təsirlərini aşılamaq və bu yolla onları maarifləndirmək idi. Bu mənada narkotik maddələrin insan orqanizminə həm psixoloji, həm də fiziki təsirlərindən danışıldı. Yeniyetmələrdə narkomanlıq riskini yaradan amillər sadalandı. Zərərli maddələrin inkişaf mərhələləri ardıcıllıqla göstərildi. Eyni zamanda alkoqolizm və siqaretin orqanizmə mənfi təsiri haqqında şagirdlərlə diskussiya aparıldı. Siqaretdən imtinanın yolları müzakirə edildi. Seminar şagirdlərin marağına səbəb oldu.