"8 mart - Beynəlxalq qadınlar günü"

Böyük şair Səməd Vurğun demişdir:
"Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın! "
Bəli, dünyanın misli-bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi, dünyaya dahilər bəxş edən şəxs məhz qadındır. Azərbaycan qadını tarixən mərdliyi, cəsurluğu, eyni zamanda zərifliyi, saflığı ilə cəmiyyətimizin həyatında aparıcı rol oynamışdır.
Bu gün də qadınlarımız istər ictimai- siyasi, istərsə də sosial həyatımızda öndə gedirlər. Gələcəyimizi inkişafa aparan, balalarımızın yolunda daim mayak rolunu oynayan müəllimlərimizin də böyük əksəriyyətini qadınlar təşkil edir.
"8 mart - Beynəlxalq qadınlar günü" münasibəti ilə məktəbimizin bir sıra müəllimləri - tarix müəllimi Baxşəliyeva Xuraman, dil-ədəbiyyat müəllimləri Məhərrəmova Fəridə, Əlili İlahə, ingilis dili müəllimləri Qaibxanova Mələknisə, Quliyeva İlahə, Şükürova Alidə, riyaziyyat müəllimi Cəfərova Arzu, ibtidai sinif müəllimi Xudaverdiyeva Ülviyyə direktor Yasin Quliyev tərəfindən "Fəxri Fərman"a layiq görüldülər. Yasin müəllim kollektivin bütün qadın işçilərini təbrik edərək, onlara uzun ömür, can sağlığı, bundan sonra da onlara həm şəxsi, həm də iş həyatında uğurlar arzuladı.